Ukrayna Silahlı Qüvvələri ötən gün ölkənin Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Ryazantsevi öldürülüb.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada öldürülən dinc sakinlərin sayı açıqlandı
Qeyd edək ki, səhər saatlarından etibatən Ryazantsevin ölümü ilə bağlı xəbərlər sosial şəbəkələrdəyayılmağa başlamışdı.
Məlumat üçün bildirək ki, bu Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanı müavini general-mayor Andrey Suxovetskinin ölümünü rəsmən təsdiqləyib.
Bizim.Media