Yeni ili ilk qarşılayan ölkədə atəşfəşanlıq olacaq, amma...

Yeni ili ilk qarşılayan ölkədə atəşfəşanlıq olacaq, amma...

Hazırda oxunan: Yeni ili ilk qarşılayan ölkədə atəşfəşanlıq olacaq, amma...

6636

Sidneyin məşhur yeni il atəşfəşanlığını hamı evindən izləyəcək.

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, Sidney dünyada yeni ilə ilk qədəm qoyan ölkə kimi atəşfəşanlıq edəcək.

Lakin bu il koronavirusla bağlı kütləvi toplaşmağa icazə verilmədiyindən, avstraliyalılar bu ənənəvi tədbiri evlərindən izləyəcək.

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq üçün Avstraliyada 28 dekabrdan 9 yanvara kimi karantin elan olunub.

Yeni Cənubi Uelsin Baş naziri Berejiklayn 50-dən çox insanın bir yerdə toplaşmasını qadağan etdiklərini bildirib:

“Biz yeni ildə pandemiyanın sürətlə yayılmasını istəmirik. Bu hər kəs üçün fəlakət olar. Bizim işimiz vətəndaşlarımızı qorumaqdır. Atəşfəşanlığı maksimum təhlükəsiz şəkildə edəcəyik”, - deyə Baş nazir mətbuata açıqlamasında bildirib.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO