Volqoqradda qətl törətmiş erməni əsilli yerli sakinlərə hökm oxunub.
Bizim.Media xəbər verir ki, ötən ilin noyabrında Rusiyanın Volqoqrad şəhərinin sakini Roman Qrebnyuku vəhşicəsinə döyərək qətlə yetirən Arsen Melkonyan, Arman Smbatyan və Anna Melkonyan müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Hadisə orta məktəb şagirdləri valideynlərinin “Viber” qrupunda yazışması zamanı yaranmış qalmaqala görə baş verib.
Belə ki, 12 yaşlı məktəbli qızın atası Roman Qrebnyuk və sinfin digər şagirdinin anası Anna Melkonyan arasında ev tapşırığı üstündə mübahisə yaranıb. Nəticədə Anna, həyat yoldaşı Arman və qardaşı Arsen guya qadının xətrinə dəydiyi üçün Qrebnyuku cəzalandırmaq qərarına gəliblər.
Onlar Qrebnyuku izləyərək onu bank ofisində yaxalayıblar və Arsen ona ölümcül zərbə endirib. Roman Qrebnyuk bir həftə xəstəxanada komada qaldıqdan sonra vəfat edib.
Volqoqrad məhkəməsi Arsen Melkonyanı 11 il, Aram Smbatyanı 7 il, Anna Melkonyanı isə 7 il yarım müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:10 / 23.03.2022
Volqoqradda qətl törədən 3 erməniyə 25 il həbs cəzası verildi
Hazırda oxunan: Volqoqradda qətl törədən 3 erməniyə 25 il həbs cəzası verildi
Hazırda oxunan: Volqoqradda qətl törədən 3 erməniyə 25 il həbs cəzası verildi
66154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.