Co Bayden Polşada amerikalı əsgərlərlə görüşəcək

Co Bayden Polşada amerikalı əsgərlərlə görüşəcək

Hazırda oxunan: Co Bayden Polşada amerikalı əsgərlərlə görüşəcək

66071

ABŞ Prezidenti Co Bayden Polşaya səfəri çərçivəsində amerikalı əsgərlərlə görüşəcək və dünya ictimaiyyəti üçün vacib olan nitq söyləyəcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Baydenin iki Novruz təbriki arasındakı FƏRQ – ABŞ prezidenti nəyi qəsd edir?


Daha əvvəl Ağ Evin verdiyi məlumata görə, Co Bayden martın 24-də NATO-nin növbədənkənar sammitində və G7 görüşündə iştirak edəcək, həmçinin Avropa Şurasının planlaşdırılmış sammitinə qoşulacaq.

ABŞ Prezidenti martın 25-də Polşaya yola düşəcək, martın 26-da Polşa Prezidenti Andjey Duda ilə danışıqlar aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO