“Rusiya ilə razılaşma referenduma çıxarılmalıdır” - Zelenski

“Rusiya ilə razılaşma referenduma çıxarılmalıdır” - Zelenski

Hazırda oxunan: “Rusiya ilə razılaşma referenduma çıxarılmalıdır” - Zelenski

65956

“Rusiya ilə ehtimal olunan kompromisli razılaşma, o cümlədən təhlükəsizlik təminatına dair zəmanət Ukraynada referenduma çıxarılmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibəsi zamanı deyib.

“Mən danışıq aparan heyətlərə izah etmişəm ki, dəyişikliklər tarixi hadisə ola bilər. Biz tələsmirik və referenduma getməliyik. Xalq kompromisin bu və ya digər formasına münasibət bildirməlidir. Bunun necə olacağı isə Ukrayna və Rusiya arasındakı danışıqların mövzusudur.

Bu səbəbdən mən istənilən halda xalqla birlikdə olacağamsa hər şeyə getməyə hazıram” – deyə V.Zelenski vurğulayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya daxil olmayacağı təqdirdə Şimali Atlantika Alyansından zəmanət alarsa, bu normal kompromis hesab edilər. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO