Azərbaycanlı sürücü Ukraynada mühasirəyə düşdü – FOTO

Azərbaycanlı sürücü Ukraynada mühasirəyə düşdü – FOTO

Hazırda oxunan: Azərbaycanlı sürücü Ukraynada mühasirəyə düşdü – FOTO

65837

Ukraynada Çerniqov vilayətinin Kryukov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb. 

Bizim.Media “Report”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib. 

O qeyd edib ki, Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryukovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var. 
Onunla bərabər Gürcüstan şirkətinə məxsus yük maşını və Türkiyə vətəndaşı olan sürücüsü mühasirədədir.

Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də, heç bir nəticəsi yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO