Belarus Maliyyə Nazirliyinin rəhbəri Yuri Seliverstov bildirib ki, Rusiya Belarusa dövlət kreditləri üzrə öhdəliyi ödəmək üçün 5-6 il güzəşt müddəti verib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nazir “Belarus-1” telekanalının efirində deyib: “Ödənişlərin bir hissəsinin ölkələrimiz üçün qarşılıqlı məqbul olan daha rahat şərtlərlə dəyişdirilməsi, beş ildən altı ilədək uzadılması təklif edilib.
Seliverstov izah edib ki, təxirə salınma Minskə öz öhdəliklərini yerinə yetirmək üçün "resursları yayındırmamağa" və onları rus tərəfdaşları ilə ödəməyə imkan verəcək.
Belarus Maliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya kreditləri üzrə ödənişlərin təxirə salınmasından azad edilən vəsaitin bir hissəsi bu sanksiyalar dövründə qarşılıqlı ticarəti yaxşılaşdıracaq, sektorları dəstəkləməyə yönəldiləcək.
Bizim.Media
![Rusiya Belarusa kreditlər üzrə möhlət verdi Rusiya Belarusa kreditlər üzrə möhlət verdi](https://bizim.media/file/articles/2022/03/20/1647805857_180450.jpg)
- A-
- A
- A+
Dünya
23:49 / 20.03.2022
Rusiya Belarusa kreditlər üzrə möhlət verdi
Hazırda oxunan: Rusiya Belarusa kreditlər üzrə möhlət verdi
Hazırda oxunan: Rusiya Belarusa kreditlər üzrə möhlət verdi
65817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.