Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...”

Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...”

Hazırda oxunan: Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...”

65795

Ukrayna prezidenti Volodimir Zelenski ərazi bütövlüyü ilə bağlı Rusiyaya hər hansı bir güzəştə getməyəcəyini deyib. Xüsusilə, onun sözlərinə görə, Ukrayna Krım, Donetsk və Luqansk vilayətlərinin ilhaq edilməsinə icazə verməyəcək.

Bizim.Media xəbər verir ki, o, bu barədə CNN telekanalında bildirib.

“Ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı heç bir güzəşt ola bilməz. Ukrayna xalqı məhz belə düşünür. Onlar rus əsgərlərini gül buketi ilə yox əllərində silahla qarşıladı”. Zelenski bildirib.

O vurğulayıb ki, Moskva başqa ölkənin vətəndaşlarını zorla sevdirə bilməz.

“Siz başqa ölkənin prezidentini nəyisə tanımağa məcbur edə bilməzsiniz”, - prezident əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO