Yaponiya, Covid-19-un mutasiyaya uğramış formasının yayılmasına qarşı yanvarın sonunadək ölkədə daimi yaşayış icazəsi olmayan, xaricdən və bölgələrdən gələn sərnişinlərə qapılarını bağlayacağını açıqlayıb. Bazar ertəsindən etibarən ölkədə səfər etmək üçün viza verilməsi prosesi dayandırılacaq.
Kyodo agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Yaponiyada yaşamayan şəxslər bu gecə gecədən başlayaraq gələn ayın sonuna qədər ölkəyə qəbul edilməyəcəklər.
Yeni virusun aşkar edildiyi ölkələrdən və bölgələrdən gələcək sərnişinlərdən yola düşmədən 72 saat əvvəl test nəticələri tələb olunacaq. Yanvarın 30-dan sonra gələn sərnişinlər isə təyinat yerində virus testindən keçməli olacaqlar.
Bazar ertəsindən etibarən isə yeni viza verilməsi prosesi dayandırılacaq. Artıq viza almış şəxslərin ölkəyə girişinə icazə veriləcək, lakin viza müraciətindən əvvəl son 14 gündə İngiltərə və Cənubi Afrikaya səyahət etmiş şəxslər ölkəyə qəbul olunmayacaq.
Xatırladaq ki, Yaponiya Səhiyyə Nazirliyi, Covid-19-un yeni mutasiyaya uğramış variantına yoluxan və yaxın zamanda İngiltərəyə səyahət etmiş olan 5 nəfərin Tokyo və Osaka hava limanlarında aşkar edildiyini bildirmişdi. Həftə sonu yeni virusun aşkarlandığı daha iki nəfər də Tokioda xəstəxanada karantinə alınıb.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
11:35 / 27.12.2020
Yaponiya dünyaya qapılarını bağlayır
Hazırda oxunan: Yaponiya dünyaya qapılarını bağlayır
Hazırda oxunan: Yaponiya dünyaya qapılarını bağlayır
6519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.