Çində 12 yaşlı uşaqlar da həbs olunacaq

Çində 12 yaşlı uşaqlar da həbs olunacaq

Hazırda oxunan: Çində 12 yaşlı uşaqlar da həbs olunacaq

6505

Çinin ən yüksək qanunverici orqanı olan Ümummilli Xalq Konqresi, cinayət məsuliyyətinə cəlb olunma yaşını 14-dən 12-yə endirib.

Çin mətbuatında yer alan xəbərlərə görə, Ümummilli Xalq Konqresinin Daimi Komitəsi, paytaxt Pekində keçirilən qanunverici məclisin iclasında cinayət qanunlarında dəyişiklik etdi.

Dəyişikliyə görə, qəsdən adam öldürmə və ya ölümlə nəticələnən xəsarət yetirmə maddələri üzrə 12 ilə 14 yaş arasındakı şəxslər də cəzalandırıla biləcəklər.

Bu yaşda olan şəxslər məhkum olunduğu halda onların təhsili ictimai təhlükəsizlik orqanlarının rəhbərliyinin nəzarəti altında həyata keçiriləcək.

Xatırladaq ki, Çin Baş Prokurorluğunun may ayının sonunda yayımladığı "Ağ Kitab" hesabatında 2018-2019-cu illər arasında yeniyetmələrin iştirakı ilə oğurluq, soyğunçuluq, qəsdən adam yaralama və təcavüz cinayətlərində ciddi artım olduğu ifadə edilmişdi. Çində 1997-ci ildəki qanuni dəyişikliklə cinayət məsuliyyətinə cəlb olunma yaşı 14-ə endirilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO