Lamborghini-dən hibrid superkar -  Foto

Lamborghini-dən hibrid superkar - Foto

Hazırda oxunan: Lamborghini-dən hibrid superkar - Foto

64852
Bu il Paris motorşousunda göstərilən hibrid superkarı “Lamborghini Asterion”x9d istehsala çıxarıla bilər.xa0

ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin tədqiqat-təkmilləşdirmə şöbəsinin müdiri Maurisio Recani xəbər verib.

Baxmayaraq ki, göstərildikdən dərhal sonra “Lambo”x9dnun rəhbəri Stefan Vinkelman maşının yalnız yeni əldə olunan texnologiyaların təzahürü kimi göstərildiyini desə də, seriyanın istehsalı barədə yenə də düşünülür. Hazırda “Lamborghini”x9d rəhbərliyi yeni maşının qiyməti barədə müzakirələr aparır. Ehtimal edilir ki, o təqribən 350 min funt sterlinq (431 000 manat) olacaq. Bu eyni gücə malik McLaren P1 və Porsche 918 Spyder kimi digər hibrid superkarlardan çox daha ucuz olacaq.

Qeyd edək ki, “Lamborghini Asterion”x9d 5,3 litrlik 610 atmosferlik, V10 mühərrikə malikdir. Bundan əlavə 3 ümumi gücü 300 litrə çatan elektrik motoru və 7 pilləli DSG sürət qutusu da Asterionda mövcuddur. Maşın 100 kilometrə saat sürətə 3 saniyəyə çatır, maksimal sürəti isə 320 kilometr saatdır. Hibrid rejimdə Asterion 10 kilometrə 4,2 litr yanacaq sərf edir. Elektrik rejimində isə 125 kilometr sürətlə 50 kilometr yol qət edə bilər.

Lakin Recaninin sözlərinə görə Lamborghini fanatları yaxın gələcəkdə elektrokar gözləməsinlər. Belə ki, hazırki batareyalar superkarlar üçün çox böyük və ağırdır. Eləcədə gələcək beş il üçün Aventadorun da hibrid versiyası olmayacaq.


















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO