Türkmənistanda prezident seçkilərinin nəticələri bu tarixdə açıqlanacaq

Türkmənistanda prezident seçkilərinin nəticələri bu tarixdə açıqlanacaq

Hazırda oxunan: Türkmənistanda prezident seçkilərinin nəticələri bu tarixdə açıqlanacaq

64559

Türkmənistanda martın 12–də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri martın 14-də rəsmən açıqlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının (MSK) sədri Gülmırat Muradov bildirib.

MÖVZU İLƏ BAĞLI:

Türkmənistanda növbəti prezident kim olacaq? – Seçici fəallığı 97% olub
 


Hazırda səslərin hesablanmasının davam etdiyini bildirən MSK sədri seçkilərdə 97,12 faiz seçici fəallığı olduğunu deyib.

Xatırladaq ki, Türkmənistanda keçirilmiş növbədənkənar prezident seçkilərində səsverməni 2726 milli müşahidəçi, eləcə də MDB, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra qonşu ölkələrdən olan xarici müşahidəçilər izləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO