Ərdoğan Antalya Diplomatiya Forumunda çıxış etdi: “Ümid edirik ki, Ukraynada...\

Ərdoğan Antalya Diplomatiya Forumunda çıxış etdi: “Ümid edirik ki, Ukraynada...\"

Hazırda oxunan: Ərdoğan Antalya Diplomatiya Forumunda çıxış etdi: “Ümid edirik ki, Ukraynada...\"

64306

Keçən il pandemiya şəraitinə baxmayaraq, Antalya Diplomatiya Forumunun ilk iclasını uğurla keçirdik. İnanıram ki, bütün bəşəriyyətin sağlamlıq böhranı ilə mübarizə apardığı ağrılı bir dövrdə Antalyadan verdiyimiz sülh, dialoq və həmrəylik mesajları foruma çox fərqli məna qatır. İkinci Antalya Diplomatiya Forumuna olan maraq onu göstərir ki, tədbirin zaman keçdikcə qlobal diplomatiyanın ürəyinin döyündüyü yerə çevrilməsi ilə bağlı arzumuz tezliklə reallığa çevriləcək.

Bizim.Media  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı ifadə edib.

Türkiyə Prezidenti forumda iştirak edən dövlət və hökumət başçılarının, müxtəlif ölkələrin nümayəndələrinin və digər qonaqların sessiyalara töhfələri ilə yanaşı, onlar arasında qurulacaq güclü dialoqun da çox mühüm olduğunu bildirib.

Ukrayna böhranına toxunan Prezident Ərdoğan bu iki ölkə arasında böhran başladıqdan bəri ilk yüksək səviyyəli görüşün Türkiyədə keçirilməsinin Antalya Diplomatiya Forumunun öz məqsədinə çatdığını göstərdiyini vurğulayaraq deyib:

“Qonşularımız arasında böhranın qaynar münaqişəyə çevrilməsindən təəssüflənirik. Gərginliyin bu mərhələyə çatması ən çox bizi narahat etdi. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və silahlar tezliklə susacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO