Bu il Bursa önəmli tədbirlərə ev sahibliyi EDƏCƏK

Bu il Bursa önəmli tədbirlərə ev sahibliyi EDƏCƏK

Hazırda oxunan: Bu il Bursa önəmli tədbirlərə ev sahibliyi EDƏCƏK

64244

“Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Bursa bu il bir çox mühüm tədbirlərə ev sahibliyi edəcək.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi münasibəti ilə keçirilən toplantıda çıxış edən Ərsoy bu il Bursada böyük tədbirlərin, eyni zamanda Dünya Film Festivalının da keçiriləcəyini qeyd edib.

Bursanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat şəbəkəsinin də şəhərə gələn turistlərin sayının artmasına kömək edəcəyini vurğulayan Ərsoy “Türk Dünyasının Mədəniyyət Paytaxtı” statusundan söz açaraq, bunun şəhər əhalisinə böyük imkanlar açacağını ifadə edib. 
Nazir həmçinin 2012-ci ildən bu yana Astana, Əskişəhər, Kazan, Mərv, Türküstan, Oş və Xivə şəhərlərinin TÜRKSOY tərəfindən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adına layiq görüldüyünü xatırladıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO