Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Hazırda oxunan: Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

642120

Rusiya Silahlı Qüvvələrinin Xmelnitski şəhərində yerləşən "Epitsentr" ticarət şəbəkəsinin loqistika mərkəzinə endirdiyi dalbadal zərbələr nəticəsində anbardakı malların 85%-i məhv olub.

Bizim.Media xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 13-də Rusiya ordusu obyektə 10 dəfədən çox zərbə endirib.
 

Hücumlar nəticəsində ərazidə 5 iri yanğın ocağı yaranıb. Yanğınsöndürmə işlərinə hava məkanında olan 30-a yaxın PUA mane olub. Əməkdaşlar arasında xəsarət alan olmayıb.


Bu obyekt "Epitsentr"in Kiyev və Kiyev vilayətindəki digər iki loqistika kompleksinin sıradan çıxarılmasından sonra fəaliyyətini saxlayan sonuncu iri anbarı idi. Zərbə nəticəsində ticarət şəbəkəsinin malların çatdırılması üzrə loqistik zəncirinə ciddi ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO