Avstraliya Rusiyadan neft və neft məhsulları, eləcə də qaz və kömür idxalını qadağan edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Maris Peyn “Guardian Australia” qəzetinə müsahibəsində bildirib.
"Avstraliya hökuməti Rusiya neft və neft məhsulları, qaz və kömür idxalını qadağan edəcək, çünki bu enerji mənbələri Rusiyanın ən böyük gəlir mənbəyidir. Bu qərar müxtəlif və davamlı neft tədarük zəncirinə malik Avstraliyanın yanacaq təhlükəsizliyini təhlükə altına qoymur", - deyə Peyn qeyd edib.
Avstraliya hökumətinin qərarının 45 gün ərzində, yəni ölkə Rusiyadan artıq ödənişli xam neft daşımaları aldıqdan sonra qüvvəyə minəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:04 / 11.03.2022
Avstraliya Rusiyadan bu məhsulların idxalını qadağan edəcək
Hazırda oxunan: Avstraliya Rusiyadan bu məhsulların idxalını qadağan edəcək
Hazırda oxunan: Avstraliya Rusiyadan bu məhsulların idxalını qadağan edəcək
64202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.