Avropa İttifaqı Şurası Rusiya və Belarusa qarşı yeni sanksiyaları təsdiq edib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurası bəyanat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya iqtisadiyyatı SANKSİYALARA nə qədər dözə biləcək? – Ekspertlərin ŞƏRHİ
Sanksiyalara aşağıdakılar daxildir:
- Belarusun SWIFT banklarına - "Belagroprombank", "Dabrabyt" və "İnkişaf Bankı" və onların törəmə şirkətlərinə girişin məhdudlaşdırılması;
- Belarus Mərkəzi Bankı ilə əməliyyatlar qadağandır;
- Aprelin 12-dən etibarən Belarusun dövlət müəssisələrinin səhmləri üçün Aİ-nin ticarət sessiyalarında lizinq və xidmətlər qadağandır;
- Belarusun rezidentlərindən Avropa Bankında 100 min avrodan çox məbləğdə əmanət yerləşdirmək, mərkəzi depozitarlarda belaruslu müştərilərin hesablarını aparmaq və avro ilə qiymətli kağızları satmaq qadağandır;
Bundan əlavə, Rusiyaya dəniz naviqasiyası və radio rabitəsi məhsullarının tədarükü də qadağan edilib.
Bizim.Media