Conson: “Çalışmalıyıq ki, Putinin bu cəhdi uğursuzluğa düçar olsun”

Conson: “Çalışmalıyıq ki, Putinin bu cəhdi uğursuzluğa düçar olsun”

Hazırda oxunan: Conson: “Çalışmalıyıq ki, Putinin bu cəhdi uğursuzluğa düçar olsun”

63787

“Böyük Britaniya çətin ki, Rusiya ilə normal münasibətlərə qayıdacaq, çünki Ukraynadakı xüsusi əməliyyatın gedişindən asılı olmayaraq, o, “gözlənilməz” və “qeyri-demokratik” ölkə olaraq qalacaq”.

Bizim.Media gazeta.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson Polşanın PAP nəşrinə müsahibəsində bildirib.

“Rusiya Ukraynaya hücum etməklə beynəlxalq hüququn fundamental prinsiplərini pozdu və mən normal münasibətlərə qayıtmaq imkanını görmürəm”, - deyə o, qeyd edib.

“Bizim vəzifəmiz Rusiyanı dəyişmək deyil, birliyimizi təmin etməkdir. Ukraynaya kömək etməklə təcavüzə müqavimət göstərməliyik. Çalışmalıyıq ki, Putinin bu cəhdi uğursuzluğa düçar olsun”, – siyasətçi əlavə edib.
Consonun fikrincə, Qərb ölkələri Rusiya prezidentini “siyasi təcrid”də saxlamalı və ona iqtisadi təzyiqləri davam etdirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO