Zaxarova: ABŞ-ın Ukraynadakı laboratoriyalarındakı materiallar onların cinayət əməllərini sübut edi

Zaxarova: ABŞ-ın Ukraynadakı laboratoriyalarındakı materiallar onların cinayət əməllərini sübut edi

Hazırda oxunan: Zaxarova: ABŞ-ın Ukraynadakı laboratoriyalarındakı materiallar onların cinayət əməllərini sübut edi

63760

ABŞ-ın Ukraynadakı laboratoriyalarında aparılan araşdırmalar onların bu ölkə ərazisində qanunsuz cinayət əməllərini sübut edir.  

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın müvafiq bəyanatını şərh edərkən deyib.  

"Viktoriya Nuland dünən amerikalı qanunvericilərin sualını cavablandıraraq, təkcə “tədqiqat” üçün adlandırdıqları laboratoriyaların mövcudluğunu təsdiqlədi.

O, unikal bir ifadə söylədi - tələb olunan sübut bazası, indi bizdə var. ABŞ bu materialların Rusiyanın əlinə keçməməsi üçün hər şeyi edir. Bunların hansı materiallar olduğunu indi təxmin etmək mümkün deyil, çünki təxmin ediləcək bir şey yoxdur.

Bunlar ABŞ-ın Ukrayna ərazisində qeyri-qanuni və cinayətkar fəaliyyətini təsdiq edən materiallardır”, - Zaxarova bildirib. 
Qeyd edək ki, Nuland açıqlamasında bildirib ki, Ukraynada biologiya sahəsində tədqiqat apardıqları obyektlər var, Vaşinqton onların Rusiya qüvvələrinin nəzarəti altına düşməsinin qarşısını almağa çalışır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO