Zelenski Qərbi günahlandırdı - “Heç bir siyasətçi reaksiya vermədi”

Zelenski Qərbi günahlandırdı - “Heç bir siyasətçi reaksiya vermədi”

Hazırda oxunan: Zelenski Qərbi günahlandırdı - “Heç bir siyasətçi reaksiya vermədi”

63500

Prezident Volodimir Zelenski növbəti videomüraciətində bildirib ki, Ukraynanın hərbi-sənaye kompleksinə aid olan müəssisələrin Rusiya tərəfindən atəşə tutulmasına heç bir dünya lideri və heç bir Qərb siyasətçisi reaksiya verməyib.

Bizim.Media xəbər verir ki, bazar günü səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib ki, Rusiyanın uzaqmənzilli dəqiq silahları Ukraynanın silah və hərbi texnikasını yararsız hala salır.

O vurğulayıb ki, insan tələfatının qarşısını almaq üçün Ukraynanın müdafiə sənayesi müəssisələrinin işçilərinə bu cür obyektlərə planlaşdırılan zərbələr barədə əvvəlcədən xəbərdarlıq edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski təcili XƏBƏR yaydı: Vinniça hava limanına raket zərbəsi endirildi – VİDEO


"Rusiya sabah ərazimizi, müdafiə kompleksi müəssisələrimizi atəşə tutduğunu rəsmən elan etdi. Onların əksəriyyəti onilliklər əvvəl sovet hakimiyyəti tərəfindən tikilib. Onlar indi adi şəhər mühitinin ortasındadırlar. Minlərlə orda insanlar işləyir, yaxınlıqda yüz minlərlə insan yaşayır.

Bu isə qətldir. Qəsdən adam öldürməkdir. Və bu gün heç bir dünya liderindən, heç bir Qərb siyasətçisindən bu açıqlamaya reaksiya eşitməmişəm. Fikir verin, onlar sadəcə rusların planlaşdırılan vəhşilikləri açıqlayırlar. Niyə? Çünki reaksiya yoxdur. Çünki susqunluqdur.

Bir kəlmə də demirlər. Sanki Qərb liderləri yoxa çıxıblar. Ümid edirəm ki, heç olmasa sabah bunu anlayacaqlar, reaksiya verəcəklər, nəsə deyəcəklər. Biz bu hücumu kimin hazırladığını dəqiq bilirik və heç nəyi bağışlamayacağıq. Sizi tribunal və Allahın hökmü gözləyir, gizlənməyə çalışmayın”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın cəsarətli olması Qərbin onlara qarşı tətbiq edilən sanksiyaların yetərli olmadığından irəli gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO