Hindistanın şimalında terror aktı: Ölən və xəsarət alanlar var

Hindistanın şimalında terror aktı: Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Hindistanın şimalında terror aktı: Ölən və xəsarət alanlar var

63467

Martın 6-da Şimali birlik ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda törədilən terror aktı nəticəsində bir nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis zabiti Rakeş Balval telekanala məlumat verib ki, ölən kişi 71 yaşındadır, daha bir gənc qadının vəziyyəti isə ağırdır. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO