Rusiya tərəfindən ilhaq edilmiş Krımdan Ukraynaya hücum edilərsə, həm kişilər, həm də qadınlar orduya çağırılacaq.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident Vladimir Zelenski "Focus"a verdiyi müsahibədə söyləyib.
"Bu, dəhşətli bir vəziyyətdir, təsəvvür etmək belə istəmirəm. Buna qarşıyam. Ümid edək ki, belə olmayacaq''.
''Əks təqdirdə böyük müharibə olacaq. Heç yerə getməyəcəyik, hamımız döyüşəcəyik, hamı səfərbər olacaq - həm kişilər, həm də qadınlar. Bu, Ukrayna əhalisi üçün pisdir. Düşünürəm ki, Rusiya bunu çox yaxşı başa düşür'', - deyib.
Prezident şəxsən Minsk razılaşmalarından çəkilməyə hazır olduğunu qeyd edib.
Onun fikrincə, Ukrayna bunu edə bilməz, çünki bu vəziyyətdə avropalılar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edə bilərlər.
O, Normandiya formatında danışıqlarda baş verən uğursuzluqlardan da danışıb:
“Məsləhətçilərin görüşü yaxın zamanlarda baş tutmayacaq”. "Birincisi, mübahisə edirlər. İkincisi, koronavirusa görə görüş olmayacaq. Əgər baş tutarsa, bütün tarixləri əks etdirən bir plan hazırlayacağıq. Çətindi, amma irəliləyirik. Hamısı A planıdır" deyib.
Prezident B planı haqqında danışmağın hələ tez olduğunu qeyd edib.
Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə əlaqə qurmaq istəyi barədə də sual verilib.
"Ona zəng edə bilərəm, mütləq mənimlə danışacaq... Əgər məsləhətçilərin görüşü gecikərsə, mütləq ünsiyyət quracağam. Ukrayna Prezidenti kimi onunla bütün çətin məsələləri həll etməliyəm. Və bu, müharibəni dayandırmağa kömək edərsə, onunla danışmalıyam.
Normandiya formatında qaldırmadığımız məsələlər var. Bu format sırf Donbassla əlaqədardır. Buna görə də onunla üz-üzə danışmalıyıq”, - deyə sözünü tamamlayıb.
Babək Göyüş, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:29 / 25.12.2020
Zelenski: “Müharibə başlasa, qadınlar da orduya çağırılacaq”
Hazırda oxunan: Zelenski: “Müharibə başlasa, qadınlar da orduya çağırılacaq”
Hazırda oxunan: Zelenski: “Müharibə başlasa, qadınlar da orduya çağırılacaq”
6328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.