“Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik zəmanətinə dair tələbini müzakirə etməyə hazırıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Moskvanın hədəfinin Ukraynanın hərbisizləşdirilməsi olduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna-Rusiya danışıqları sabah baş tutacaq: "Kiyevi tərk ediblər və..." - VİDEO
S.Lavrov qərb ölkələrinin Rusiyanın inkişafının qarşısını ala bilməyəcəyini də vurğulayıb:
“Qərb Rusiyanın önünə yeni bir “dəmir pərdə” endirməyə qərar versə, təşvişə düşməyəcəyik və inkişaf etmək fürsəti tapacağıq".
Bizim.Media