İran Trampın gedişindən qorxdu - Müdafiəni gücləndirdi

İran Trampın gedişindən qorxdu - Müdafiəni gücləndirdi

Hazırda oxunan: İran Trampın gedişindən qorxdu - Müdafiəni gücləndirdi

6284

İran hazırkı prezident Donald Trampın Ağ Evdən ayrılmazdan əvvəl ABŞ-ın ehtimal olunan raket zərbələrinə qarşı qabaqlayıcı tədbir olaraq nüvə obyektləri ətrafında hava hücumundan müdafiə sistemlərini gücləndirib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Küveytin “Al Qabas” qəzeti İran İslam Respublikasındakı “Məlumatlı mənbələrə” istinadən yazıb.

“İran ABŞ-la yaşanan gərginlik fonunda və prezident Tramp Ağ Evdən ayrılmazdan əvvəl baş verə biləcək hərbi xarakterli hər hansı qəfil hücumu qabaqlamaq üçün ehtiyat tədbiri kimi nüvə obyektləri yaxınlığında hava müdafiəsini gücləndirir”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin zenit kompleksləri və radiolokasiya sistemləri sözügedən obyektlərin qorunmasında yaxından iştirak edir.

“Mümkün raket zərbəsinin qarşısını almaq üçün mövcud olan bütün zenit potensialından istifadə olunur”, - deyə nəşrdə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO