Könüllü olaraq təslim olan rus hərbçilərindən biri deyib ki, Putin üç günə Ukraynanın ələ keçiriləcəyini gözləyirdi.
Bizim.Media “unian.net” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan videoda danışıb.
"Bizə dedilər ki, marşrut üzrə yürüş edəcəyik. Üç günlüyə su və yemək götürdük. Üç gündən sonra geri düşərgəyə qayıtmalı idik", - rusiyalı deyib.
Onun sözlərinə görə, hərbçilərdən telefonlar və sənədlər götürülüb. Ailə ilə əlaqə olmayıb. Əsir hazırda Ukraynada müharibə getdiyini və dinc sakinlərin öldüyünü vurğulayıb.
Rusiyalı bildirib ki, müharibənin ikinci günü onun döyüş maşını xarab olub. Rus ordusunun kolonu onun yanından keçib, ancaq kömək etməyib. O əvvəlcə gizləndiklərini, sonra isə ukraynalı döyüşçülərə təslim olduqlarını bildirib.
Ukraynalılar əsirlərə ilkin tibbi yardım göstəriblər, yeməklə təmin ediblər. O, rusları müharibəni dayandırmağa, etiraz etməyə və Rusiyanın təbliğatına inanmamağa çağırıb. O, rusiyalı hərbçilərə təslim olmağı tövsiyə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:57 / 02.03.2022
Rus hərbi əsir: “Putin Ukraynanın 3 günə ələ keçiriləcəyini gözləyirdi” – VİDEO
Hazırda oxunan: Rus hərbi əsir: “Putin Ukraynanın 3 günə ələ keçiriləcəyini gözləyirdi” – VİDEO
Hazırda oxunan: Rus hərbi əsir: “Putin Ukraynanın 3 günə ələ keçiriləcəyini gözləyirdi” – VİDEO
62829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.