Ukrayna-Rusiya danışıqlarının vaxtı dəyişdirildi - YENİ TARİX

Ukrayna-Rusiya danışıqlarının vaxtı dəyişdirildi - YENİ TARİX

Hazırda oxunan: Ukrayna-Rusiya danışıqlarının vaxtı dəyişdirildi - YENİ TARİX

62763

“Rusiya nümayəndə heyəti martın 2-də axşama sarı danışıqların yeni raundunun keçiriləcəyi yerə gedəcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. 

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə yenə də ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.  

***

“Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq, lakin tərəflər hələ vaxt barədə razılığa gəlməyiblər”.  

Bizim.Media xəbər verir ki, RİA Novosti bu barədə diplomatik dairələrdəki mənbəyə istinadən məlumat yayıb.  

"Danışıqlar ləğv edilməyib, lakin onların vaxtı təxirə salınıb. Onlar martın 2-də axşam və ya daha sonra baş tuta bilər", - deyə mənbədən bildirilib.  

Xatırladaq ki, tərəflər arasındakı ilk görüş fevralın 28-də Belarusun Qomel vilayətində baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO