İraqda sünni din alimi qaçırıldıqdan bir gün sonra, vəhşicəsinə qətl edilmiş bir şəkildə tapılıb.
Türkiyə mətbuatına istinadən xəbərə görə, hadisənin şiə milisi tərəfindən törədildiyi bildirilir.
Sünni alim Şeyx Davud Süleymanın qətlini əks etdirən dəhşətli görüntülər İraqın Al Rafidain telekanalı tərəfindən yayımlanıb. Telekanalın verdiyi məlumata görə, Şeyx Davud Süleyman bir neçə gün öncə, şiə alimi Sistaniyə bağlı şiə milisləri tərəfindən qaçırıldıqdan sonra cəsədini tapılıb. Şeyx Davudun milislər tərəfindən dəfələrlə güllələndikdən sonra , öldürüldüyü qeyd edilib.
İraq Müsəlman Alimləri Birliyi tərəfindən yayılmış açıqlamada qətl hadisəsi pislənib.

































































































