Ukrayna prezidenti Volodimir Zelenski Xarkovda Azadlıq meydanının atəşə tutulmasından, nəticədə 20-yə yaxın insanın yaralanmasından, bir neçə binanın dağılmasından danışıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
"Xarkov. Avropanın ən böyük meydanına qanadlı raket zərbəsi. Azadlıq Meydanı. Onlarla qurban. Bu azadlığın qiymətidir. Bu, Ukrayna xalqının səhəridir”, – deyə ölkə başçısı qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu, təkcə hərbi cinayət deyil, həm də terror aktıdır:
“Bu, şəhərə qarşı terror, Xarkova qarşı terror, Ukraynaya qarşı terrordur. Meydanda heç bir hərbi hədəf yox idi. Mərkəzi meydana atılan raket açıq, ört-basdır edilməmiş terrordur. Heç kim bağışlamayacaq, heç kim unutmayacaq. Xarkova edilən bu hücum hərbi cinayətdir, Rusiya Federasiyasının dövlət terrorudur”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:41 / 01.03.2022
Zelenskidən Rusiyanın Xarkovu raketlə vurmasına REAKSİYA: "Meydanda heç bir hərbi hədəf yox idi"
Hazırda oxunan: Zelenskidən Rusiyanın Xarkovu raketlə vurmasına REAKSİYA: "Meydanda heç bir hərbi hədəf yox idi"
Hazırda oxunan: Zelenskidən Rusiyanın Xarkovu raketlə vurmasına REAKSİYA: "Meydanda heç bir hərbi hədəf yox idi"
62602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.