Amerikalı ailə Milad bayramında evlərində 420 min işıq yandıracaq.
ANS TV-nin məlumatına görə, yeni ilə 40 gün qaldığı bir vaxtda ABŞ-ın Nyu-York şəhərində yaşayan bir ailə Milad bayramında Ginnes rekorduna imza atmağa hazırlaşır. Amerikalı ailə öz evlərində 420 mindən çox kiçik işıq yandırmağı planlaşdırır. Kreativ ailə artıq evinin Milad bayramı attraksionu olaraq fəaliyyət göstərməsi üçün Şəhər Administrasiyasından icazə də alıb. Rekorda imza atmaqda ailəyə kömək etməyi öz üzərinə götürən şirkət isə əlavə olaraq, 180 min kiçik lapma təmin etməklə, yandırılacaq lampaların sayını 600 minə çatdıracaq.
Ailə başçısı bir neçə il əvvəl bu ənənəyə cəmi 600 kiçik lampa işiqlandırmaqla başladıqlarını deyir. Bu ailə ən çox sayda Milad işığı yandıran ailə olaraq 2012-ci ildə Ginnesin rekordlar kitabına artıq bir dəfə düşüb. Gələn həftəyə planlaşdırılan işıqların yandırılması mərasimində Ginnes dünya rekordlarının nümayəndələri də iştirak edəcək və “yaşayış evində ən çox sayda milad işığı”x9d kateqoriyasında yeni rekordu elan edəcək.




























































































