Ukraynalı idmançı rus işğalını dəstəkləyənləri “əclaf” adlandırdı

Ukraynalı idmançı rus işğalını dəstəkləyənləri “əclaf” adlandırdı

Hazırda oxunan: Ukraynalı idmançı rus işğalını dəstəkləyənləri “əclaf” adlandırdı

62526

Tokio Olimpiadasının ukraynalı gümüş mükafatçısı Anjelika Terlyuqa Pripyatda (Belarusun Qomel vilayəti) Ukrayna-Rusiya danışıqları zamanı Xarkovun işğalçılar tərəfindən atəşə tutulmasından danışıb.

Bizim.Media “sport.segodnya.ua” saytına istinadən xəbər verir ki, Odessadan olan karate üzrə Avropa çempionu Anjelika Terlyuqa 124 min abunəçisi arasında olan əcnəbilərə işğalçıların vəhşilikləri haqda bəhs edir. 

O, Xarkov şəhərinin rus işğalçıları tərəfindən atəşə tutmasından sonra yaşayış binalarının görüntülərini yayıb və əlavə edib ki, bu, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Belarus sərhədində aparılan danışıqlar zamanı edilib.

"Mən çox istəyirəm ki, milyonlarla izləyicisinə hər cür cəfəngiyyatlar yazan alçaqlar bu gün Xarkov sakinlərinin yerində olsunlar. İşğala dəstək verənlərin hamısı əclafdır”. Anjelika Terlyuqa “İnstagram”ın hekayələr bölümündə belə yazıb.
Xəbər verdiyimiz kimi, bir gün əvvəl işğalçılar Xarkovda 3-ü uşaq olmaqla 9 nəfəri qətlə yetiriblər.

Bu gün isə Xarkovun tam mərkəzində raket partlayıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO