Sultan Süleyman İngiltərəyə köçdü - FOTO

Sultan Süleyman İngiltərəyə köçdü - FOTO

Hazırda oxunan: Sultan Süleyman İngiltərəyə köçdü - FOTO

62492

Məşhur türk aktyoru Halit Ergenç və həyat yoldaşı Bergüzar Korel bir müddətdir İngiltərəyə köçüblər. 

Bizim Media xəbər verir ki, öz ölkələrində jurnalistlərin əlindən küçəyə rahat çıxa bilməyən məşhur cütlük, İngiltərədə ictimai nəqliyyatdan istifadə edir.

Halit Ergençin avtobusda çəkilən fotolarını sosial şəbəkədə paylaşan Bergüzar Korel:

“Mənə çox aşiqdir. Ona görə də məndən uzaqda oturaraq yerimi rahat etmək istəyib” deyib.

Sevimli ərinin video və fotosunu çəkərək sosial şəbəkələrdə paylaşan Bergüzar Korelə türk izləyicilərindən “Türkiyədə niyə avtobusa, metroya minmirdiniz? İngiltərədə gəzmək daha rahatdır?” deyə etiraz şərhləri yazılıb. 

Xatırladaq ki, 2009-cu ildə Halit Ercençlə ailə quran Bergüzar Korelin Ali, Han və Leyla adlı üç övladı var. Məşhur cütlük bir müddətdir İngiltərədən ev alaraq, xaricdə yaşamağa qərar veriblər. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO