Azərbaycanlılardan ibarət 60 nəfərlik qrup Xarkovdan yola salınacaq

Azərbaycanlılardan ibarət 60 nəfərlik qrup Xarkovdan yola salınacaq

Hazırda oxunan: Azərbaycanlılardan ibarət 60 nəfərlik qrup Xarkovdan yola salınacaq

62417

"Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Rumıniyaya təyyarə göndərdi - Həmvətənlərimizi gətirəcək


O, aviazərbələrin 15 dəqiqə əvvəl başladığını, şəhərə geniş miqyaslı hücumun gözlənildiyini qeyd edib. Adıgözəllinin sözlərinə görə, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşı qatarla Lvova yola salınacaq: "Artıq Xarkovda qalmaq təhlükəsizlik baxımından tamamilə mümkünsüzdür. Artıq mən də bu gün Xarkovu tərk edəcəm".

Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.

Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO