Ukraynadan Polşaya nə qədər azərbaycanlı keçib? – QAYDALAR və son vəziyyət 

Ukraynadan Polşaya nə qədər azərbaycanlı keçib? – QAYDALAR və son vəziyyət 

Hazırda oxunan: Ukraynadan Polşaya nə qədər azərbaycanlı keçib? – QAYDALAR və son vəziyyət 

62415

Rusiya-Ukrayna müharibəsinin çox gərgin hal alması və bir sıra ərazilərin işğalı Kiyev və ətrafı yaşayan əhalinin kütləvi şəkildə Polşa sərhədinə axışmasına səbəb olub. Əlbəttə, bu məsələdə Azərbaycanlıların da taleyi hər kəsə maraqlıdır. 

Mövzu ilə bağlı, Polşa Azərbaycanlıları Şurasının idarə heyətinin üzvü Nicat Həsənli Bizim.Media-a açıqlama verib.

Nicat Həsənli bildirib ki, Azərbaycanlıların Polşaya qəbulu yalnız Azərbaycan pasportu ilə həyata keçirilir və başqa heç nə - PCR test, covid pasportu və ya viza tələb olunmur. 
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Rumıniyaya təyyarə göndərdi - Həmvətənlərimizi gətirəcək


“Onlar 15 gün ərzində Polşa ərazisində qala bilərlər. 15 gün sonra ölkə ərazisini, ümumən Şengen-i tərk etməlidirlər. Çünki Polşa bu ərazini bizim vətəndaşlarımız üçün krlidor məqsədli açıb. Əlavə olaraq, Polşa höküməti 4 ədəd düşərgə yaradıb və vətəndaşlar həmin yerlərdə də yerləşə bilərlər. Bu düşərgələrdə qida, içki, geyim kimi hər şeyi Polşa höküməti özü təmin edir”.
Nicat Həsənli statistikanı da açıqlayıb.

“Son statistikaya görə, artıq 400 Azərbaycanlı Polşaya ərazisinə keçib. Onlardan 50-sini yerləşdirmişik, bəzilərini yola salmışıq. Hesabladığımıza baxaraq, deyə bilərik ki, təxminən 30 və daha çox Azərbaycanlı vətəndaş bu gün gəlməlidir. Ümid edirəm ki, onları da yerləşdirəcəyik”.

Sərhəddəki vəziyyətin çox pis olduğunu deyən Nicat Həsənli: “Axın çox olduğuna görə, sıxlıq var. Sərhədi minimum 15-16 saat ərzində keçmək mümkündür.

Ayaqla təqribən 15-20 km aralığında yolu piyada gəlirlər. Dövlət pulsuz qatarlar ayırıb. Qatarlardan yalnız uşaqlar, qadınlar, uşaqlılar və yaşlılar istifadə edə bilər”.

Son olaraq Nicat Həsənli qeyd edib ki, sərhədin digər yanında könüllü şəkildə insanlara kömək edənlər var. Bu siyahıya könüllü taksilər, yemək paylayanlar və sairə aiddir.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO