Putindən Şoyquya “Nüvə triadası” ilə bağlı GÖSTƏRİŞ: “Hazır vəziyyətə gətirilsin”

Putindən Şoyquya “Nüvə triadası” ilə bağlı GÖSTƏRİŞ: “Hazır vəziyyətə gətirilsin”

Hazırda oxunan: Putindən Şoyquya “Nüvə triadası” ilə bağlı GÖSTƏRİŞ: “Hazır vəziyyətə gətirilsin”

62402

Strateji Raket Qüvvələrinin, Şimal və Sakit Okean Donanmasının və Uzaqmənzilli Aviasiyanın (nüvə triadası) növbətçi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu bu barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verib.

Bazar günü səhər saatlarında Putin Rusiya qoşunlarına xüsusi növbətçiliyin verilməsini əmr edib.

Putinin sözlərinə görə, “Qərb ölkələri iqtisadi sahədə ölkəmizə qarşı təkcə qeyri-dost addımlar atmaqla yanaşı, həm də “qanunsuz sanksiyalar” tətbiq edir.

“NATO-nun aparıcı ölkələrinin yüksək vəzifəli şəxsləri də ölkəmizə qarşı aqressiv bəyanatlara yol verirlər. Ona görə də müdafiə nazirinə və Baş Qərargah rəisinə Rusiya ordusunun mühafizə qüvvələrini xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edirəm”, - Putin vurğulayıb.

Xatırladaq ki, Rusiya Federasiyasının strateji raket qoşunları, dəniz strateji qüvvələri və strateji aviasiyası “Nüvə triadası” hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO