Ukraynanın Xarkov şəhərinin 2 saata yaxın ağır toplardan və “Qrad” qurğularından atəşə tutulduğu barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində çox sayda ölən və yaralananların olduğu iddia olunur.
Xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.
Bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib.
“Diaspor təşkilatları ilə də əlaqə saxlamışıq. Hələlik soydaşlarımız arasında ölən və yaralananlar olması barədə məlumat yoxdur”, - deyə o əlavə edib.
Bizim.Media
Kharkiv today, Saltivka. Russians bomb civilians.#Ukraine #Kharkiv #StopRussia #StopPutin pic.twitter.com/nshHBOhiJf
— StandWithUkraine (@Mary2daysago) February 28, 2022