ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar Ümumamerika Xocalı Mitinqi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü ilə Kapitoli binasının yaxınlığında baş tutan izdihamlı mitinqdə ABŞ-ın müxtəlif ştatlarında yaşayan soydaşlarımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını dalğalandıran mitinq iştirakçıları Xocalı soyqırımı qurbanlarının fotolarını, faciənin dəhşətli anlarını əks etdirən şəkilləri, “Xocalıya ədalət!”, "Xocalı soyqırımını tanıyın!”, “Xocalını unutma!”, “Ermənistan lideri hərbi cinayətləri etiraf edib”, “Erməni hərbi cinayətkarları məsuliyyətə cəlb olunsun!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulmuş uşaq öldürülüb”, “8 ailə tamamilə öldürülüb”, “30 il ədalət gözləyirik!”, “Qarabağa sülh!”, “Qarabağ Azərbaycandır!” və sair şüarlar yazılmış plakatları nümayiş etdiriblər.
Mitinq ərzində soydaşlarımız dəfələrlə “Xocalıya ədalət!” tələbini birlikdə səsləndiriblər.
Mitinq “Bayatı-Şiraz” muğamının sədaları altında və “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” şüarlarının birlikdə səsləndirilməsi ilə yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:00 / 27.02.2022
Vaşinqtonda Ümumamerika Xocalı Mitinqi keçirildi - FOTO
Hazırda oxunan: Vaşinqtonda Ümumamerika Xocalı Mitinqi keçirildi - FOTO
Hazırda oxunan: Vaşinqtonda Ümumamerika Xocalı Mitinqi keçirildi - FOTO
62250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.