“Facebook” bu məşhurun hesabını sildi - FOTO

“Facebook” bu məşhurun hesabını sildi - FOTO

Hazırda oxunan: “Facebook” bu məşhurun hesabını sildi - FOTO

6219

"Facebook" məşhur aşpaz Pit İvansın səhifəsini silib.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, 1.5 milyon izləyicisi olan avstraliyalı aşpaz Pit İvansın səhifəsi koronavirus haqqında yanlış məlumatlar paylaşdığı üçün silinib.

Qeyd edilib ki, İvans feysbuk səhifəsində koronavirus və vaksinlər haqqında tibb ekspertləri tərəfindən qəbul edilməyən məlumatları yayıb.

Belə ki, o, 5G, maska və insanları təşvişə salan müxtəlif paylaşımlar edib.

İvans isə hadisəyə instaqram statusunda reaksiyasını bildirib: "Belə ifadələrimə görə hesabımı siliblər. Onlara söz azadlığını xatırlatmaq istəyirəm".

İvansın izləyiciləri də “Facebook”un qərarına etiraz ediblər.

Qeyd edək ki, daha əvvəl məşhur aşpazın “Facebook”da bir neçə statusu silinmişdi.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO