Ukrayna əsilli amerikalı aktrisa Milla Yovoviç Rusiyanın Ukraynaya qarşı başlatdığı mübaribəyə emosional tərzdə reaksiya verib.
Bizim.Media xəbər verir ki, o, “Instagram” hesabında Ukraynada baş verənlərin onu necə narahat etməsindən yazıb.
“Vətənim Ukraynada bu həftə baş verən hadisələri anlamağa çalışarkən ürəyim parçalanır və heyərət gəlirəm. Mənim ölkəmi və xalqımı bombalayırlar. Dostlarım və ailələri gizlənir. Mənim köklərim Rusiyadan olduğu kimi həm də Ukraynadandır.
Baş verən dəhşəti, ölkənin dağılmasını, kül olmuş dağıntılarla əhatə olunmuş ailələrin köçürülməsini seyr edərkən ürəyim parçalanır”, - deyə o bildirib.
Xatırladaq ki, Milla Yovoviç 1975-ci ildə Kiyevdə anadan olub. 1980-ci ildə valideynləri ilə birlikdə Londona, daha sonra isə ABŞ-a köçüb. Onun anası Qalina Loqinova Ukraynada, atası Boqdan Yovoviç isə Monteneqroda böyüyüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:44 / 27.02.2022
Ukraynalı Hollivud ulduzundan PAYLAŞIM: “Mənim ölkəmi bombalayırlar!” - FOTO
Hazırda oxunan: Ukraynalı Hollivud ulduzundan PAYLAŞIM: “Mənim ölkəmi bombalayırlar!” - FOTO
Hazırda oxunan: Ukraynalı Hollivud ulduzundan PAYLAŞIM: “Mənim ölkəmi bombalayırlar!” - FOTO
62148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.