ABŞ polisinin növbəti irqçiliyi - Qaradərili güllələndi - VİDEO

ABŞ polisinin növbəti irqçiliyi - Qaradərili güllələndi - VİDEO

Hazırda oxunan: ABŞ polisinin növbəti irqçiliyi - Qaradərili güllələndi - VİDEO

6194

47 yaşlı qaradərili Andre Hilin dünən Kolumbus polisi tərəfindən güllələnərək öldürülməsi anı kameralara düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Belə ki, kadrlarda Andre Hilin əlində telefonla qarajdan çıxarkən polis tərəfindən güllələnməsi yer alıb.

“Səssiz olan görüntüdə Adam Koy adlı polisin Hilə nə dediyi bilinmir. Həmçinin Hilin sağ əli də görünmür. Hadisə yeri araşdırılan zaman qaradərilinin əlində heç bir silah olmadığı bildirilib, -deyə məlumatda qeyd edilir.

Əlavə edilib ki, Andre Hil vurulduqdan 1 saat sonra hospitalda dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, may ayında qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ölkədə qarşıdurmaya səbəb olmuşdu. Bu hadisənin də eyni rezonansı doğuracağı söylənilir.

Vüqar Ağamalıoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO