İŞİD terror təşkilatı sıralarında vuruşmağa gələn 4 qardaş artıq çəki səbəbindən geri qaytarılıb.
“Doğan”x9d xəbər agentliyinə istinadən xəbərə görə, Livan əsilli Avstraliya vətəndaşı olan 17, 23, 25 və 28 yaşlı dörd qardaş “Tailanda tətilə gedirik”x9d deyərək evdən ayrılıblar. Amma az sonra həmin gənclər evdə onları gözləyən analarına “biz Dəməşqdəyik. İslam Dövlətinin cihadına qoşulduq. Cənnətdə görüşərik”x9d yazılmış bir məktub yollayıblar.
Lakin qardaşların arzusu ürəklərində qalıb. Belə ki, dörd qardaşın hər birinin çəkisi 140 kiloqramdan çox olduğundan, İŞİD onlara “işimə yaramazsınız”x9d deyib və geri göndərib.
Qardaşların ailəsini tanıyan Sidney İslam Birliyinin sədri Camal Rifini xəbəri təsdiq edib: “Onlar həddən artıq kökdürlər. Gənclərə “ancaq yeməyimizi yeyirsiniz, yeriməkdə acizsiniz”x9d deyilib və geri göndəriliblər”x9d.(publika.az)



























































































