Rusiyanın xarici işlər naziri Sergey Lavrov CNN-in jurnalisti Metyu Şansı tərbiyəsizliyinə görə cəzalandırıb.
Bizim.Media xəbər verir ki, onlayn brifinq zamanı o, növbədənkənar sual verməyə çalışıb.
BBC-ni təmsil edən jurnalistdən sonra söz Çin müxbirinə verilib. Bununla da Şansın sualını verməyə vaxtı olmayıb.
Şans Çin müxbirinin sözünü kəsib. "Bağışlayın. Mən indi Kiyevdəyəm, cənab nazir. Kiyev bombalanır”, - deyə jurnalist qeyd edib.
“O, tərbiyəsizdir, indi Ukraynada işləyir, ona tərbiyəsizlik yoluxub. Çünki CNN BBC-ni izləyir”, - Lavrov bildirib.
“Metyu, susa bilərsiniz? Xahiş edirəm. Söz sizə verilməyib. Əgər siz Ukraynadasınızsa və orada davranışlarınız pozulubsa, bizim bununla heç bir əlaqəmiz yoxdur” – deyə nazir sözlərinə əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:28 / 25.02.2022
Lavrov CNN və BBC jurnalistlərinə qəzəbləndi: "Susun, sizə söz verilmədi” - VİDEO
Hazırda oxunan: Lavrov CNN və BBC jurnalistlərinə qəzəbləndi: "Susun, sizə söz verilmədi” - VİDEO
Hazırda oxunan: Lavrov CNN və BBC jurnalistlərinə qəzəbləndi: "Susun, sizə söz verilmədi” - VİDEO
61924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.