Türkiyə bu ölkədən Sedat Pekerin ekstradisiyasını tələb etdi

Türkiyə bu ölkədən Sedat Pekerin ekstradisiyasını tələb etdi

Hazırda oxunan: Türkiyə bu ölkədən Sedat Pekerin ekstradisiyasını tələb etdi

0:00
0:00
61496

Türkiyənin Ədliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətlilərindən Ankaranın daha əvvəl beynəlxalq axtarışa verdiyi kriminal avtoritet Sedat Pekerin ekstradisiyasını tələb edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi BƏƏ-yə göndərdiyi məktubda Əmirlikdə yaşayan Sedat Pekerin ekstradisiyasını istəyib.

Sedat Peker məşhur türk mafiozudur. Bir neçə ay əvvəl o, Türkiyədən qaçıb və BƏƏ-dən yaydığı video mesajları ilə yadda qalıb. 

Bundan əvvəl Bursa və Anadolu Ağır Cəza Məhkəməsi onun həbsi üçün qərar çıxarmışdı. Daha sonra o, beynəlxalq axtarışa verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO