ATƏT Rusiyanın qondarma DXR və LXR-i tanımaq qərarını pislədi

ATƏT Rusiyanın qondarma DXR və LXR-i tanımaq qərarını pislədi

Hazırda oxunan: ATƏT Rusiyanın qondarma DXR və LXR-i tanımaq qərarını pislədi

61230

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, təşkilatın baş katibi Helqa Şmid, həmçinin ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt və assambleyanın baş katibi Roberto Montella Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarını pisləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Bu addım Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır. Bütün ATƏT-ə üzv dövlətlər kimi, Rusiya da digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa öhdəliyini götürüb. Biz Rusiyanı dərhal qərarı ləğv etməyə çağırırıq", - məlumatda deyilir.

ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq və qeyd olunan ərazilərdə yaşayan əhalini Ukraynanın qalan hissəsindən ayıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO