Qondarma “DXR” (Donetsk Xalq Respublikası) və “LXR” (Luqansk Xalq Respublikası) “respublika”larının rəhbərləri - Denis Puşilin və Leonid Paseçnik müstəqilliklərinin tanınması xahişi ilə Vladimir Putinə müraciət ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Puşilin qeyd edib ki, Ukrayna hakimiyyəti münaqişənin güc yolu ilə həllinə qərar verib.
O vurğulayıb ki, Donbas Minsk razılaşmaları üzrə danışıqlar prosesində Moskvanın səylərini yüksək qiymətləndirir, lakin razılaşmalar Vaşinqtondan hərbi dəstək alan Kiyevin müəyyən edilmiş barışıq rejimini pozmasına mane olmur.
Müstəqilliyi tanımaqla yanaşı, "DXR" rəhbəri Rusiya prezidentindən əməkdaşlıq müqaviləsi bağlamaq imkanlarını və müdafiə sahəsində qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirməyi xahiş edib.
Puşilin əlavə edib ki, Donbas sakinləri ruhən özlərini rus kimi hiss edirlər və onların əsas məqsədi Rusiya ilə inteqrasiyadır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:48 / 21.02.2022
Donetsk və Luqansk “rəhbərləri”ndən Putinə MÜRACİƏT: “Respublikaların müstəqilliyini tanıyın” - VİDEO
Hazırda oxunan: Donetsk və Luqansk “rəhbərləri”ndən Putinə MÜRACİƏT: “Respublikaların müstəqilliyini tanıyın” - VİDEO
Hazırda oxunan: Donetsk və Luqansk “rəhbərləri”ndən Putinə MÜRACİƏT: “Respublikaların müstəqilliyini tanıyın” - VİDEO
61172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.