ABŞ Rusiya banklarına qarşı da sanksiyalar hazırlayır

ABŞ Rusiya banklarına qarşı da sanksiyalar hazırlayır

Hazırda oxunan: ABŞ Rusiya banklarına qarşı da sanksiyalar hazırlayır

61111

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı ilkin sanksiyalar paketini, o cümlədən ABŞ banklarına Rusiyanın iri bankları üçün əməliyyatların aparılmasına qadağa qoyub. Onların arasında Bank VTB, Sberbank, Xarici İqtisadi Bank (VEB) və “Qazprombank”ın adları var.

Bizim.Media xəbər verir ki, Reuters agentliyi informasiyanı məsələ ilə tanış olan üç nəfərə istinadən yayıb.

Onların sözlərinə görə, məhdudiyyətlər Rusiyanın Ukrayna ərazisini “işğal” edəcəyi halda nəzərdə tutulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyaya XƏBƏRDARLIQ: “Sanksiyalar paketi hazırdır”


​​​​​​​Agentliyin həmsöhbətləri qeyd ediblər ki, bu tədbirlər nəticəsində tərəflərin banklar arasındakı korrespondentləri dayandırılacaq və Rusiya iqtisadiyyatına ciddi zərər vurulacaq.

Vaşinqton həmçinin bəzi rusiyalı şəxslərə və şirkətlərə qarşı sanksiyaları tətbiq etmək niyyətindədir. Onlar ABŞ bank sisteminin qara siyahısına salınacaq, amerikalılarla ticarətləri qadağan ediləcək, ABŞ-dakı aktivləri dondurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO