İngiltərənin Kent qraflığının sakini sevimli itləri üçün paltar, qalstuk və zinət əşyalarına 30 min funt-sterlinqdən (40 min dollara yaxın) pul xərcləyib və peşman olmayıb.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Leone Qaller ev heyvanlarına olan sevgisindən danışıb.
O, cihuahua cinsindən olan altı yaşlı Reci və beş yaşlı Romeo heç bir şeyi əsirgəmir və səxavətli sahibə sayəsində çox yaxşı yaşayırlar.
Qadının sözlərinə görə, ev heyvanları bayramlarda ancaq butulkalarda olan su içir və bayramlarda biftek (mal ətindən dilim şəklində kəsilmiş, adətən qril və ya qızartmaq üçün hazırlanan ət parçaları) yeyirlər.
Britaniyalı və onun sevgilisi Stiv pilləkənlərin altında kaşmir sviterlərinin, parlaq kəpənək qalstuklarının və trikotaj şarfların səliqəli şəkildə yerləşdirildiyi qarderob da təşkil ediblər. Qaller itlərin ən bahalı geyimlərini qonaq otağında saxlayır.
Qadın son altı il ərzində itlərin paltarlarına minlərlə funt xərcləyib və buna peşman deyil. O, əlavə edib ki, özü də Stiv kimi təvazökar geyinməyə üstünlük verir, lakin onların itləri də kifayət qədər ərköyündür.
Heyvanların qarderobunda ən bahalı paltar - 5000 funt sterlinq dəyərində əsl qızıldan hazırlanmış pencəkdir. O, Romeonun ABŞ-da yaşayan Delayla ləqəbli maltipu cinsindən olan it ilə “toyu” günü alınıb.
“İtlərim mənim üçün hər şey deməkdir. Oğullarım artıq böyüyüb, ona görə də mənim övladlarımdır”, - Qaller qeyd edib (lent.az).
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:33 / 21.02.2022
İtləri üçün paltar və zinət əşyalarına 40 min dollar xərclədi - FOTO
Hazırda oxunan: İtləri üçün paltar və zinət əşyalarına 40 min dollar xərclədi - FOTO
Hazırda oxunan: İtləri üçün paltar və zinət əşyalarına 40 min dollar xərclədi - FOTO
61045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.