Avropa İttifaqı Donetsk separatçılarının bəyanatlarına münasibət bildirdi

Avropa İttifaqı Donetsk separatçılarının bəyanatlarına münasibət bildirdi

Hazırda oxunan: Avropa İttifaqı Donetsk separatçılarının bəyanatlarına münasibət bildirdi

61004

Avropa İttifaqı Ukraynanın mümkün hücumu ilə bağlı Donetsk və Luqansk vilayətlərinin Ukraynanın nəzarətində olmayan ərazilərindən gələn bəyanatları əsassız hesab edir. 

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Brüssel ağır silahlardan istifadəni və mülki ərazilərin atəşə tutulmasını pisləyib, Rusiyanı gərginliyi azaltmağa, Ukrayna ilə sərhəddən qoşunlarını çıxarmağa çağırıb.

“Aİ Ukraynanın mümkün hücumu ilə bağlı hökumətin nəzarətində olmayan Donetsk və Luqansk rayonlarından gələn iddialara inanmır. Aİ Rusiyanı konstruktiv dialoqa, diplomatiyaya, təmkinliliyə və gərginliyin azaldılmasına çağırır”, - Borrell deyib.

Brüssel, həmçinin Ukraynanın “davam edən təxribatlar və sabitliyi pozmaq cəhdləri” qarşısında “təmkin mövqeyi”ni alqışlayıb. 

Aİ "mərhələli hadisələrin" "hərbi eskalasiya" üçün bəhanə ola biləcəyindən narahatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO