Conson: “Avropa 1945-ci ildən bəri ən böyük müharibənin astanasındadır”

Conson: “Avropa 1945-ci ildən bəri ən böyük müharibənin astanasındadır”

Hazırda oxunan: Conson: “Avropa 1945-ci ildən bəri ən böyük müharibənin astanasındadır”

60981

Ukraynanın Rusiya tərəfindən “işğalı” 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə çevrilə bilər. 

Bizim.Media Rusiyanın RBK telekanalına istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Boris Conson BBC-yə müsahibəsində bildirib.

"Mən deməkdən qorxmuram ki, bizim gördüyümüz plan miqyas baxımından 1945-ci ildən bəri Avropada ən böyük müharibə ola biləcək bir şey üçün nəzərdə tutulub"- deyib Conson.

Britaniyanın baş naziri hesab edir ki, “işğal” qaçılmazdır, bunu sübuta ehtiyacı olmayan dəlillər göstərir. 

Eyni zamanda, onun sözlərinə görə, Rusiya artıq “müəyyən mənada” hücum planını həyata keçirməyə başlayıb.

Conson ABŞ prezidenti Co Baydenin kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Rusiya qoşunları Ukraynaya təkcə Donbassdan deyil, həm də Belarus və Kiyev yaxınlığından daxil ola bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO