Zelenski:

Zelenski: "Ukraynalılar tabutlarda uzanıb Rusiya hərbçilərini gözləməyəcək"

Hazırda oxunan: Zelenski: "Ukraynalılar tabutlarda uzanıb Rusiya hərbçilərini gözləməyəcək"

60967

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ukraynalılar tabutlarda uzanıb Rusiya hərbçilərini gözləməyəcəklər, çünki onlar təslim olmurlar.

Bizim.Media “unian.net” saytına istinadən xəbər verir ki, o, bunu Münhen Təhlükəsizlik Konfransı zamanı deyib və bir sıra mühüm bəyanatlar verib.

Prezident qeyd edib ki, o, tərəfdaş ölkələrinə Ukrayna ilə bölüşdüyü kəşfiyyat məlumatlarına görə minnətdardır, lakin o, Ukrayna kəşfiyyatına daha çox güvənir.

"Ukraynalılar tabutlarda uzanıb hərbçilərin gəlməsini gözləməyəcək. Biz heç kimə hücum etməyəcəyik, amma hər şeyə hazırıq. Passiv ola bilmərik. Hər gün deyə bilmərik ki, sabah müharibə olacaq. O vaxt hansı iqtisadiyyatdan danışmaq olar. Hər gün deyirlər ki, sabah hücum olacaq, o zaman hansı dövlətdən danışa bilərik. Milli valyuta çökür, ölkədən pul və biznes çıxarılır. Belə ölkədə stabillikdən danışmaq olarmı? Xeyr”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın daxilində balansı pozmaq istəyənlər çoxdur.

"Onlar istəyirlər ki, Ukraynanın iqtisadiyyatı, ordusu zəif olsun və bizə hücum etsinlər.  Biz isə xalqımızı və iqtisadiyyatımızı qoruya bilmirik, ona görə də bu və ya digər məlumatlara çox sakit reaksiya veririk", - dövlət başçısı izah edib.

O, qeyd edib ki, hakimiyyətin müəyyən reaksiyasından sonra insanlar təşvişə düşə bilərlər, ona görə də gələn bütün mesajlar dəyərləndirilir.

"Bizim hibrid müharibəmiz var. Ona görə də ukraynalılar sözün müxtəlif mənalarında təslim olmurlar. Hər gün yaşamaq və dövlətimizi qorumaq istəyirik", - prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO