Milliyet: Krımın kimə məxsus olduğu sualına türklərin öz cavabları var

Milliyet: Krımın kimə məxsus olduğu sualına türklərin öz cavabları var

Hazırda oxunan: Milliyet: Krımın kimə məxsus olduğu sualına türklərin öz cavabları var

6080

Ukraynanı dəstəkləyən Türkiyə Krımı Rusiyadan ayırmaq üçün çalışır. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyənin “Milliyet” qəzetinin səhifəsində yer alıb.
Müəllifin fikrincə,Türk pilotsuz təyyarələrinin Ukraynaya göndərilməsi və Ukrayna ordusu ilə birlikdə təlimlərin keçirilməsi buna hazırlıq kimi qəbul edilə bilər.

Türkiyə bu səhvi ABŞ-ı sakitləşdirmək xatirinə edəcəkmi?

Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar 17 dekabrda Ukraynaya səfər ediblər.

Rəsmi şəxslərlə yanaşı, hər iki nazir Krımdan olan nümayəndə heyəti ilə görüşüblər.

Nazirlər iki ölkə arasındakı "Strateji tərəfdaşlıq müqaviləsi" üzərində dayanaraq, Türkiyənin referendumdan sonra Krımın Rusiyaya qoşulma qərarını tanımadığını təsdiqləyiblər. 
Rəsmi Ankaranın hazırda ABŞ-la ciddi problemləri var.

Məlumdur ki, Amerika Birləşmiş Ştatları Yunanıstanda bazalar qurub. İsrail, Misir, Cənubi Kipr, Yunanıstanı Şərqi Aralıq dənizində bir ittifaq halına gətirib.

Amerika Birləşmiş Ştatları F-35 proqramındakı ortaqlığımızı ləğv edib, S-400-dən imtina etməyimiz üçün sanksiyalar tətbiq edib. Avropa Birliyi bütün 27 üzvü ilə açıq şəkildə ABŞ və Yunanıstanı dəstəkləyir.

Bu şərtlərdə Rusiyanı bizə qarşı çevirməyə ehtiyac varmı?

Rus jurnalist İşxan Miroyev “Artı Gerçek” veb saytında yayımlanan bir məqaləsində qeyd edib ki, Ankara Azərbaycanı dəstəkləməklə Qarabağı işğaldan azad edib, Ukraynaya dəstək verməklə də Krımı Rusiyadan ayırmaq üçün çalışır. 

Onun fikrincə, Türk İHA-larının Ukraynaya göndərilməsi və Ukrayna ordusu ilə birlikdə təlimlərin keçirilməsi buna hazırlıq kimi qəbul edilə bilər.

Rusiya ilə düşmənçiliyin indi nə faydası var? Məntiq nədir?

Məqsəd ABŞ-ı sakitləşdirməkdir? Əksinə, bizi daha cəsarətlə uzaqlaşdırmağa imkan verəcəyik. Müəllif qeyd edib.

Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO